Onlayn Sorğular Mərkəzinə Xoş Gəlmisiniz
Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının tabeliyində fəaliyyət göstərən Onlayn Sorğu Mərkəzi (OSM) itkin düşmüş şəxslər barədə məlumatların təqdim edilməsi və əldə olunması üçün nəzərdə tutulmuş rəqəmsal platformadır.
Bu platforma itkin düşmüş şəxslərin ailə üzvləri, eləcə də müvafiq məlumatlara malik ola biləcək digər şəxslər üçün istifadəyə açıqdır.
OSM aşağıdakı məqsədlərə xidmət edir:
- məlumatların təqdim olunmasının sadələşdirilməsi;
- axtarış fəaliyyətlərinin dəstəklənməsi;
- məlumatların təhlükəsiz şəkildə saxlanılması və emalının təmin edilməsi.
Bütün məlumatlar mövcud qanunvericiliyin və informasiya təhlükəsizliyi standartlarının tələblərinə uyğun şəkildə işlənir.
Faydalı Məlumat
OSM, itkin düşmüş şəxslərin axtarışı məqsədilə müvafiq və əhəmiyyətli məlumatların toplanması və saxlanılması üçün nəzərdə tutulmuş platformadır.
“Sorğular” bölməsində siz itkin düşmüş şəxs barədə aşağıdakı əsas məlumatları təqdim etməklə müraciət edə bilərsiniz:
- Ad/soyad
- doğum tarixi
- son məlum olduğu məkan
- və mövcud olan digər müvafiq məlumatlar
Əlavə məlumatlar mövcud olduğu halda, onlarda təqdim edilə bilər.
Məlumatlar üçüncü tərəflərə yalnız mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq və təqdim edilmiş razılıq əsasında paylaşılır.